26 Yanvar 2018 12:56
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, çıxışı zamanı Afrin əməliyyatlarından danışıb.

Türkiyə prezidenti çıxışı zamanı azərbaycanlı millət vəkili Səməd Seyidova AŞPA-dakı çıxışına görə təşəkkür edib.

Ərdoğan əlavə edib ki, terrorla mübarizədə Türkiyənin qətiyyətli olduğuna inanmayanlara “Zeytun budağı” əməliyyatı faktiki bir nümunə olar bilər.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın qış sessiyası çərçivəsində “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatını dəstəkləyib.


Müəllif: Samir

Oxşar xəbərlər