ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığının detalları açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, detallar Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın ilə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster arasında baş tutan görüşdə müəyyənləşib.
Görüş zamanı Makmaster Ağ Evin Tramp-Ərdoğan telefon danışığı ilə bağlı yanlış bəyanatına aydınlıq gətirib:
"Biz bu telefon danışığı zamanı Davosda idik. Bəyanatı yayan qrup isə Vaşinqtonda olub. Tərəflər arasında anlaşılmazlıq olub".
Qalın isə amerikalı nümayəndəyə bundan sonrakı görüşlərdən sonra birgə koordinasiya edilmiş bəyanatların yayılmasını təklif edib.
Makmaster bəzi məsələlərdə iki ölkə arasında fikir ayrılığının olmasına baxmayaraq, Türkiyənin ABŞ-ın müttəfiqi olduğunu bildirib.
İbrahim Qalın Türkiyənin Suriya ilə bağlı ABŞ-dan tələb etdiyi məsələlәri açıqlayıb:
"ABŞ Suriyadakı PKK terrorçularına silah verməməli, onlara verilmiş silahları geri götürməli, terrorçulara təlim keçməsini dayandırmalı, maddi-texniki dəstəkdən boyun qaçırmalı və YPG ilə bütün əlaqəsini kəsməlidir".