29 Yanvar 2018 10:57
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Soçi şəhərində Suriya toplantısı başlayır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ikigünlük konfransda Suriyada siyasi keçid məsələsi müzakirə ediləcək.

Bu, vətəndaş müharibəsi başlandığı gündən Suriyadakı münaqişə tərəfləri arasında ən böyük toplantı olacaq.

İclasda 1500-dən çox insanın iştirakı gözlənilir. Tərəflər ilk olaraq, Suriyada yeni konstitusiyanın qəbulu ilə bağlı məsələdə razılıq əldə etməyə çalışacaqlar.

Görüşə həmçinin, Türkiyə, Rusiya və BMT-dən olan nümayəndələr müşahidəçi qismində qatılacaq.


Müəllif: Samir

Oxşar xəbərlər