31 Yanvar 2018 14:12
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT sülhməramlılarının Donbasa yerləşdirilməsi ilə bağlı ABŞ planı Kremli bəzi güzəştlərə vadar edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumat Amerikanın “Stratfor” analitik şirkətinin hesabatında yer alıb.

Şirkət ABŞ-ın Donbasla bağlı yeni planının tam təfərrüatını açıqlamayıb.

Məlumatda qeyd edilib ki, Kreml yalnız təmas xəttində sülhməramlıların yerləşdirilməsinə təkid edir. Ukrayna və ABŞ isə BMT hərbçilərinin bütün Donbas ərazisini əhatə etməsinə tərəfdardır.

“Stratfor”un iddialarına görə, Rusiya prezident seçkilərinə qədər bu təkliflə razılaşmayacaq:

“Kreml seçkiqabağı dövrdə ABŞ-a hər hansı güzəştdən qaçmaq istəyir. Seçkilərdən sonra isə Rusiya bu təkliflə razılaşmaq zorunda qalacaq. Məqsəd sanksiyaların genişləndirilməsindən xilas olmaqdır”.


Müəllif: Samir

Oxşar xəbərlər