Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana səfəri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Türkiyə prezidentinin 59 il sonra ilk dəfə fevralın 4-də baş tutacaq iki günlük səfəri zamanı Ərdoğan Roma Papası Fransisk ilə görüşəcək.
Rəcəb Tayyib Ərdoğan görüş zamanı 4 əsas məsələnin müzakirə ediləcəyini bildirib:
“Bunlar iki ölkə arasında münasibətlər, Qüds münaqişəsi, Suriyada yaşanan insanlıq dramı və islam düşmənçiliyi ilə mübarizə məsələləridir”.