Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qapalı iclasında ABŞ Prezidenti Donald Trampla gerçəkləşdirilən telefon danışığı barədə məlumat verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, telefon danışığı zamanı ABŞ-ın YPG/PYD terrorçularına hələ də silah verdiyini bildirib:
“Bunu Trampdan soruşdum və verdiyi vədi xatırlatdım. O, “Bundan xəbərim yoxdur”, - dedi və təhlükəsizlik üzrə müşavirindən məsələni soruşdu. O, isə suala cavab vermədi”.