Cənubi Amerikanın 5 ölkəsinə edəcəyi səfərdən öncə ABŞ Dövlət katibi Reks Tillerson Texas Universitetində çıxış edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tillerson çıxışı zamanı Venesuelada son günlər baş verən hadisələrə diqqət çəkib.
Onun sözlərinə görə, Venesuela hakimiyyətində dəyişikliyin olması qaçılmazdır:
“Venesuelada çevrilişin olacağını nəzərdə tutmuram. Ancaq Nikolas Maduro hakimiyyətdən getməlidir. Bu, ölkədəki vəziyyəti düzəldəcək. Biz Venesuela hakimiyyətini ölkə konstitusiyasına əməl etməyə çağırırıq”.