Yunanıstan Türkiyədə axtarışda olan Məhmət Doğanın ekstradisiyasından imtina edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Afina məhkəməsi qərar çıxarıb.
Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyasının üzvü olan Doğanla bağlı terrorçuluq ittihamı ilə axtarış elan edilib.