2 Fevral 2018 17:50
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının millət vəkili Mətin Külüngə sərt reaksiya göstərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Külüng yanvarın 23-də Türkiyə Böyük Millət Məclisində Ərdoğana “qazilik” verilməsini təklif edib:

“Prezidentimiz FETÖ, PKK, İŞİD və bir çox terror təşkilatlarına qarşı mübarizə aparır. Məncə, ona “qazilik” verilməlidir”.

Ərdoğan bu təklifə bir cümlə ilə cavab verib: “Belə şey ola bilməz”.


Müəllif: Samir