Ötən illərdəki yanlış anlaşılmalar azaldı. Hazırda Türkiyə ilə çox yaxın əlaqələrə sahibik.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Tasnim Xəbər Agentliyinə verdiyi açıqlamasında dilə gətirib.
Açıqlamasında bölgə dövlətlərindən Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Pakistan, Əfganıstan və Qafqazda yerləşən başqa ölkələrlə əlaqələrindən danışan Qasımi ötən zamandan bəri önəmli inkişaf yolu keçildiyini dilə gətirib.
Türkiyə ilə də yaxın dialoq içində olduqlarını vurğulayan sözçü əvvəlki illərə nisbətən münasibətlərin daha da irəlilədiyini bildirib:
"Türkiyə ilə əlaqələrimiz əvvəlki illərə nisbətən daha üstün bir səviyəyə qalxıb. Keçən illərdəki yanlış anlaşılmalar azaldılıb. Hazırda Türkiyə ilə çox yaxın ilişkilərə sahibik”.
Qasımi Suriya və İraqda yaşanan proseslərlə bağlı olaraq da İŞİD-in bu ölkələrdə təsirsiz hala gətirilməsinin çox önəmli olduğunu qeyd edib.
Körfəz ölkələrindən Amman, Küveyt və Qatar ilə də yaxın əlaqələrinin olduğunu bildirən Qasimi bölgədə təkcə Səudiyyə Ərəbistanı ilə problem yaşadıqlarını əlavə edib.