Türkiyə Silahlı Qüvvələrinə məxsus tankın Afrindəki “Zeytun budağı” hərəkatı zamanı vurulması bəzi suallar ortaya çıxarıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, suallardan ən birincisi AKKOR sistemlərinin türk tankını niyə qoruya bilməməsi ilə bağlıdır.
Məsələ ilə bağlı Türkiyə Müdafiə Sənayesi Nazirliyi açıqlama verib. Açıqlamada bildirilib ki, “Zeytun budağı” hərəkatında AKKOR sistemlərindən istifadə edilmir:
“2015-ci ilin noyabrında AKKOR sistemləri ilə bağlı razılıq əldə edilib. 54 milyon avroluq sazişə əsasən, sistemlərin Türkiyəyə çatdırılması 54 ay müddətində başa çatdırılmalıdır. Bu isə o deməkdir ki, sistemlər 2020-ci ildə Türkiyə Silahlı Qüvvələrinə veriləcək”.
Qeyd edək ki, AKKOR sistemləri tankları 360 dərəcə qorumaq gücünə malikdir.