6 Fevral 2018 10:03
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:40

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.

Görüşdə cəbhədəki vəziyyət müzakirə olunub./Report/

Qeyd edək ki, bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.

***

ATƏT nümayəndələrinə məlumat verən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ermənilər həftə ərzində cəbhənin Tərtər rayonu istiqamətində atəşkəs rejimini 481 dəfə pozublar:

"Bizim təmas xəttində yerləşən yaşayış məntəqələrimizdə nümayəndələrimiz var və onlar gün ərzində atəşkəs rejiminin pozulması hallarını qeydiyyata alırlar. Təmas xəttində yerləşən yaşayış məntəqələri mütəmadi olaraq ermənilərin atəşinə məruz qalır. Biz niyə öz torpağımızda təmas xətti vəziyyətində yaşamalıyıq? Ermənistan tərəfi bütün beynəlxalq qaydaları pozur".

İcra başçısı ilə görüş başa çatandan sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə yola düşüblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər