Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla yanvarın 25-də baş tutan qalmaqallı telefon danışığı ilə bağlı açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, telefon danışığı zamanı ABŞ tərəfini türk ordusunun Menbiçə girəcəyi ilə bağlı xəbərdar etdiyini deyib.
Tramp və Ərdoğan arasında dialoq belə baş tutub:
Ərdoğan: - Menbiçə girəcəyik.
Tramp: - Bizim orada əsgərlərimiz var.
Ərdoğan: - Əsgərlərinizi təhlükəsiz bölgəyə apararsız.
Qeyd edək ki, telefon danışığından sonra Ağ Evin yaydığı bəyanat Ankaranın etirazına səbəb olmuşdu.