Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı ABŞ-ın PKK terror təşkilatına dəstək verməsinə sərt reaksiya göstərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Türkiyənin hüquqi baxımdan lazımı addımlar atacağını bildirib:
“Bizim üzərimizə düşən vəzifə bu məsələdə araşdıra aparmaqdır. Hazırda dostlarımız bununla məşğuldur. Bu məsələyə hüquqi baxımdan yanaşacağıq”.