7 Fevral 2018 09:37
2 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Andrey Duda “Yəhudi soyqırımında polşalıların nasistlərlə cinayət ortaqlığı ittihamını qadağan edən” qanunu imzalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Polşa prezidentinin sözçüsü Kristof Lapinski məlumat verib.

Fevralın 1-də parlamentdə səsverməyə çıxarılan qanun layihəsinin lehinə 57, əleyhinə 23 deputat səs vermişdi. Layihəyə əsasən, polşalıları ittiham edən şəxsləri 3 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, layihə İsrail və ABŞ tərəfindən sərt reaksiya ilə qarşılanmışdı.


Müəllif: Samir

Oxşar xəbərlər