8 Fevral 2018 13:40
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Predanın (Rumıniya) Azərbaycana faktaraşdırıcı səfəri təxirə salına bilər.

Həmməruzəçilərin Azərbaycana səfərinin tarixi hələlik məlum deyil: “Biz əksər hallarda seçkilərdən qısa vaxt əvvəl faktaraşdırıcı səfərlər təşkil etmirik. Xüsusilə qeyd edək ki, həmməruzəçilər seçki müşahidə missiyasına daxil edilirlər”./APA/

Xatırladaq ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bir neçə gün əvvəl özünün “Twitter” səhifəsində tezliklə Azərbaycana faktaraşdırıcı səfər edəcəklərini açıqlayıb.

AŞPA-nın daxili qaydalarına əsasən, seçki müşahidə missiyasının göndərilməsi ilə bağlı qərar seçki keçirəcək hökumətin dəvətindən sonra Büro tərəfiindən verilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər