Prezident İlham Əliyev Azərbaycanda yaradıcılığın inkişafına böyük dəstək verir.
Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
O qeyd edib ki, İlham Əliyev prezidentliyi dövründə ölkədə sənətə, ədəbiyyata böyük önəm verib:
"Heç bir ölkədə sənətə, yaradıcılığa bu cür diqqət və qayğı yoxdur. Azərbaycan Prezidenti daim yaradıcı insanları diqqətdə saxlayıb, onların problemlərinin həllinə çalışıb. Ona görə də bu gün yaradıcı insanlar Prezident İlham Əliyevin növbəti seçkilərdə namizədliyini dəstəkləyir və qalib gələcəyinə əmindir. Biz yaradıcı adamlar cənab Prezident İlham Əliyevə səs verəcəyik və buna borcluyuq".
Qeyd edək ki, fevralın 8-də YAP-ın VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar yekdilliklə qəbul edilib./Trend/