12 Fevral 2018 16:03
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oleq Muraşevə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, BAXCP sədrinin müraciətində deyilir:

"Saratov hava yolları" şirkətinə məxsus, 703 saylı Moskva-Orsk reysi üzrə uçan "An-148" təyyarəsinin Moskva vilayəti ətrafında qəzaya uğraması nəticəsində baş verən çoxsaylı insan tələfatı məni dərindən kədərləndirdi.

Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rusiya vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər