Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığı konstruktiv keçib.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, liderlər Şimali Koreya məsələsini müzakirə ediblər:
“Tramp An-148 sərnişin təyyarəsinin qəzası zamanı 71 nəfərin həlak olması ilə bağlı Putinə başsağlığı verib və köməyini təklif edib. Putin təklifə görə Trampa minnətdarlığını bildirib”.
Peskov Rusiya prezidentinin səhhəti ilə bağlı sualı da cavablandırıb:
“O, yüngülcə soyuqlayıb. Böyük problem yoxdur. İşini davam etdirir”.