Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu partiyadakı vəzifəsindən uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.
Sərəncamda T.Yaqublunun Milli Şuranın üzvü olmasının partiyanın maraqları ilə üst-üstə düşməməsi qeyd olunub.
Xatırladaq ki, Müsavat Partiyası 2013-cü ildə Milli Şuranı tərk edib.