İranın Ali dini lideri Əli Xameneyinn ali hərbi nümayəndəsi general Yəhya Rəhim Səfəvi Rusiyanın Suriyadakı varlığını örnək göstərərək, İranın da bu ölkədə pay haqqının olduğunu bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tehrandakı konfranslardan birində çıxış edən Səfəvi İran dövlətinin Suriya müharibəsindəki xərclərini qarşılamaq üçün uzun müddətli razılaşmalar imzalamlı olduğunu deyib.
O qeyd edib ki, Rusiya Suriya ilə bu cür anlaşmalar əldə edib:
“Ruslar Suriyaya ilə 49 illik razılaşma imzalayıb. Həm hərbi bazaya sahib oldular, həm də siyasi və iqtisadi imtiyazlar əldə etdilər. Biz də belə etməliyik. Bu, xərclərimizi qarşılayacaq”.