19 Fevral 21:28
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatlar müzakirə edilib, terrora qarşı birgə mübarizənin əhəmiyyəti vurğulanıb.
Ərdoğan eyni zamanda İranda baş vermiş təyyarə qəzasında dünyasını dəyişən insanların vəfatı ilə bağlı başda Həsən Ruhani olmaqla İran xalqına başsağlığı verib.
Qeyd edək ki, Ərdoğan bu gün axşam, həmçinin, Rusiya prezidenti Vladimir Putin ilə telefon əlaqə yaradaraq Suriyada cərəyan edən son prosesləri müzakirə edib.
***
Türkiyə və İran prezidentləri arasında baş tutan telefon danışığı ilə bağlı rəsmi Tehran məlumat yayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı Ruhani ABŞ-ın bölgədəki fəaliyyətini tənqid edib:
“ABŞ bölgədə yeni “kukla” dövlətlər qurmağa çalışır. Əməkdaşlığımızı artıraraq, bunun qarşısını kəsməliyik. Vaşinqtonun planlarını pozmalıyıq. Suriya probleminin həllində Astana və Soçi görüşləri ümidverici olub. Bütün suriyalı miqrantların vətənlərinə qayıtması üçün bu ölkədə sabitlik bərpa edilməlidir”.