Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.
Xəstəxanadan verilən məlumata görə, İsa Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil.
Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: “Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edir. Ürəklə bağlı vaxtaşırı müayinələrdən keçir və kardioloji problemi yoxdur” (Report).
Qeyd edək ki, yanvarın 13-də İsa Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İsa Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stendlər qoyulub.
İsa Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib.