25 Fevral 2018 09:29
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan diplomatik cəbhədə işğalçı Ermənistan üzərində qələbələrini davam etdirir.

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin son bəyanatını şərh edən Milli Məclisin deputaı, politoloq Elman Nəsirov belə deyib.

E.Nəsirov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə bəyanatlar Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və F.Mogerininin çıxışlarında dəfələrlə səslənib:

“Lakin “tamamilə” sözü Avropa İttifaqının rəsmi bəyanatında ilk dəfədir ki səslənir. Mogerininin bəyanatı Avropa İttifaqının tərəfdaş ölkələrin, ələlxüsus Azərbaycanın ərazi bütövlüyünün qorunması probleminə yanaşmada keyfiyyətcə yeni yanaşmanın məntiqi davamıdır. Bu çox ciddi bəyanatdır və bu bəyanat işğalçı Ermənistanı və onu dəstəkləyən qüvvələri çox narahat edir. Ona görə də, erməni lobbisi beynəlxalq miqyasda ölkəmizin nüfuzuna zərbə vurmaq üçün çalışır. Təəssüf ki, bu prosesdə sapı özümüzdən olan baltalar da var. Amma bütün hallarda onlar öz məqsədlərinə nail ola bilməyəcəklər”.

Qeyd edək ki, bu günlərdə Brüsseldə baş tutmuş Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında F.Mogerininin səsləndirdiyi bəyanatda Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğu, Aİ-nin onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tamamilə dəstəklədiyi bildirilir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər