Suriya məsələsində İranla Türkiyə arasında bəzi fikir ayrılıqları var, ancaq vacib olan birlikdə fəaliyyət göstərməyimizdir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” hərəkatını dəyərləndirərkən deyib:
“Bir neçə gün öncə Türkiyə, Rusiya və İran prezidentləri arasında telefon danışığı baş tutdu. Liderlər Suriya məsələsini müzakirə etdi. Yaxın vaxtlarda üç ölkə liderinin toplantısı keçiriləcək. Bu görüşlər Suriyadakı sabitliyin bərpası üçün müsbət addımdır”.