28 Fevral 2018 16:30
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münhen Təhlükəsizlik Konfransı üçün Almaniyaya gələn İran Xarici İşlər naziri Məhəmmədcavad Zərif gözlənilməz olayla qarşılaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozmaq istəməyən şirkətlər Zərifin təyyarəsinə yanacaq vurmaqdan boyun qaçırıblar.

Fevralın 16-da baş verən hadisə zamanı Zərifin Berlin tərəfinə müraciətindən sonra bu vəzifəni Almaniya Hərbi Hava Qüvvələri öz üzərinə götürüb.


Müəllif: Samir

Oxşar xəbərlər