Milli Məclisin üzvləri Elmira Axundova və Rauf Əliyev martın 1-də Rusiyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, deputatlar Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman məsələləri komissiyasının iclasına qatılacaqlar.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, təkliflər verəcəklər. Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.