Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Parlamentinin tədbirlərində iştirak etmək üçün martın 4-dən 8-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
Teleqraf.com Milli Məclisin saytına istinadla xəbər verir ki, o, Avropa Parlamentində bir sıra deputatlarla, o cümlədən, yeni yaradılmış “Azərbaycanın Dostları Klubu”nun rumıniyalı üzvləri ilə görüşlər keçirəcək.
Sonra Rumıniya Respublikası yaradılmasının 100 illiyi münasibətilə təşkil edilən tədbirlərə qatılacaq.