ABŞ-ın Kaliforniya ştatının senatında xüsusi toplantıya qatılan azərbaycanlılar “erməni soyqırımı” iddiasını gündəmə gətirən senatorlara Xocalı qətliamı və Qarabağdakı zülmü anlatmaqla cavab veriblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantı 1988-ci ildə Sumqayıt şəhərində 26 erməni və 6 azərbaycanlının həyatını itirdiyi hadisələrin 30-cü ildönümü ilə əlaqədar keçirilib.
Azərbaycanlılar ermənilərin əməllərinə dəstək verən senatorların tərəf tutduqlarını vurğulayıblar:
“Siz bütün Kaliforniyanın təmsilçilərisiz. Biz Kaliforniya vətəndaşı olaraq, xəyal qırıqlığına uğradıq. Ermənistan rəhbərliyinin 1992-ci ildə 613 azərbaycanlını amansızca qətlə yetirməsinə göz yummamalısız. Bu toplantıda Xocalı faciəsi də müzakirə edilməlidir”.