5 Mart 2018 14:03
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:30

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərə olan Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanı qəbul edib.

Teleqraf.com xəbər verir ki, təkbətək və geniş tərkibli görüşlər zamanı tərəflər Azərbaycan və Mərakeş arasında əməkdaşlığın inkişaf perspektivləri, həmçinin bir sıra aktual regional məsələləri müzakirə ediblər.

Görüşün yekununda Azərbaycan və Mərakeş bir sıra sazişlər imzalayıblar.

Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlir vergilərinə münasibətdə vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalayıb.

Bundan başqa, təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş, “Azərbaycan Dəmir Yolları” QSC və “Mərakeş Milli Dəmir Yolları” arasında Niyyət Protokolu, Azərbaycan Dövlət Dəniz Akademiyası və Mərakeş Dəniz Araşdırmaları Ali İnstitutu arasında Niyyət Protokolu imzalanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər