Türkiyə ABŞ-ın polad idxalına vergi tətbiqi ilə bağlı qərarına cavab verəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Cəmil Ərtəm deyib:
“Tramp polad idxalına vergi qoyacağını açıqladı. Türkiyə bunu cavabsız qoymayacaq. Pambıq idxalı ilə bağlı yeni plan hazırlanır”.
Qeyd edək ki, Tramp polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz vergi tətbiq ediləcəyini deyib.