Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şahzadə görüş zamanı Türkiyə, Qətər və İranı “şeytan üçbucağı” adlandırıb:
“Ərdoğan rəhbərliyi “Müsəlman qardaşları”ndan istifadə edərək, Osmanlını yenidən bərpa etməyə, İran isə bölgədə ideoloji çevriliş etməyə çalışır”.