ABŞ Prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Qeri Kon istefa verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kon özü məlumat yayıb.
O bildirib ki, Trampın polad və alüminium idxalına vergi tətbiq etməsi ilə razılaşmadığı üçün yaxın həftələrdə vəzifəsindən gedəcək.
Qeyd edək ki, Donald Tramp polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz vergi tətbiq ediləcəyini deyib.