7 Mart 2018 12:27
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:43

Prezident seçkilərində iştirak üçün 15 nəfərin müraciəti təsdiq edilmişdi. Onaların hamısına imza toplamaq və onları digər sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün imkan yaradılıb. Artıq 7 nəfərin sənədləri təqdim edilib, onların sənədləri araşdırılır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, sənədləri gecikdirmədən araşdırılmağa çalışırlar:

“Seçkidə iştirak etmək üçün 8 siyasi partiya müraciət edib. Bir nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb”.

***

Təşviqat prosesi başlayana qədər təşviqat xarakterli heç bir addım atmaq olmaz. Bu, hamıya məlumdur. Martı ayının 19-dək hər hansı təşviqat qadağandır.

Teleqraf.com-un məlumatına görə, bu sözləri MSK sədri Məzahir Pənahov Milli Şuranın martın 10-da planlaşdırılan mitinqinə münasibət bildirərkən deyib.

MSK sədri bildirib ki, bəzən bilərəkdən bu cür hallara yol verilir:

“Bilərəkdən namizədlərin özü və ya tərədarlarının bunu etməsi ümumiyyətlə anlaşılmazdır. Bəzən isə namizədi pis vəziyyətə salmaq istəyən tərəflər bu hala yol verirlər. Mərkəzi Seçki Komissiyası olaraq hər zaman tərəfələrə bu məsələlərdə diqqətli olmağa çağırırıq. Kimisi gözdən salmaq, ictimaiyyətdə qərbini qaydaları pozan namizəd imici yaratmaq istəyənlərə də deyirik ki, biz sivil cəmiyyətdə yaşayırıq.

Hesab edirəm ki, seçicilərimiz məsələrə düzgün qiymət vermək qabiliyyətindədir. Kimsə bu hala yol verirsə, öz seçicilərini də itirir”.

MSK sədri bildirib ki, qeyd etdiyi məqamlar ancaq seçkilərdə iştirak edən namizədlərə aididir:

“Cəmiyyətin digər sahələrində baş verən proseslər digər qanunvericiliklə tənzimlənir. Kimsə fərqli məqsədlə küçəyə çıxıb seçki təbliğatı aparırsa, bununla qanunu pozur. Lakin seçki ilə bağlı hərəkətlər Mərkəzi Seçki Komisiyasının səlahiyyətindədir. Digər məsələlər isə bizim fikir bildirmək səlahiyyətimiz yoxdur. Siyasi partiyalarımız kifayət qədər təcrübəsi var. İnanmıram ki, kimsə bilərəkdən qanunun tələblərini pozsun”.

***

Məndə olan son məlumata görə, 18 siyasi partiya ötən illə bağlı illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

M.Pənahov bildirib ki, partiyaların maliyyə hesabatlarını təqdim etməsi prosesi davam edir.

“Təxminən 20 partiya hesabat təqdim edib. Bu say hər an artır”.

Azərbaycanda 55 siyasi partiya dövlət qeydiyyatına alınıb.

***

Seçki günü adını seçici siyahısında görməyənlər narahat olmasınlar. Onlar seçki günüməntəqə sədrinə yaxınlaşıb, əlavə seçici siyasını tələb edib, tam hüquqla səs verə biləcək.

Teleqraf.com-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə,seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatıb.

“Səsverməyə 35 gün qalana qədər seçici siyahısının dəqiqləşdirmək imkanı var. Bütün vətəndaşları çağırırıq ki, adlarını seçici siyahısında yoxlasınlar. İdeal seçki siyahısı tərtib etmək mümkün deyil. Ölkəyə gələn, vəfat edənlərin olması səbəbindən dəyişikliklər ola bilir”.

***

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanda həmin vaxt təşviqat mərhələsi başlayır. Ona görə də mən Rusiyada prezident seçkilərini müşahidə edə bilməyəcəm.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyada prezident seçkilərinin müşahidəsində Azərbaycandan MSK üzvü və MSK-nın əməkdaşı iştirak edəcək: "O cümlədən Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının tərkibində MSK-nın nümayəndələri olacaq. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının tərkibində də MSK-nın iki nümayəndəsi olacaq. MSK ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə 10 ildən çoxdur ki, əməkdaşlıq edir və müxtəlif ölkələrdə keçirilən seçkiləri bizim MSK-nın nümayəndələri də müşahidə edir".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 45-i 2016-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 10 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, Milli Qurtuluş Partiyası hesabat verməyib.


Müəllif: Gülxar

Oxşar xəbərlər