Rusiya, İran və Türkiyə prezidentlərinin növbəti görüşünün vaxtı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə hökumətindən olan mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasındakı Suriya böhranı ilə bağlı növbəti görüş aprelin 4-də İstanbulda baş tutacaq.