Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən ABŞ Avropa Komandanlığının mütəxəssisləri tərəfindən Bakıda “Quru Qoşunlarda texniki xidmət və təmir bölmələrinin işinin təşkili” mövzusunda seminar keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qoşun növlərindən hərbi qulluqçuların iştirak etdiyi seminarda mövzuya dair müxtəlif brifinqlər təqdim olunub.