9 Mart 2018 15:56
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini izləyəcək uzunmüddətli müşahidə missiyası gələn həftə Azərbaycana gələcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə ATƏT/DTİHB-nun Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri Koryen Yonker bu gün Bakıda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, artıq müşahidə missiyası rəsmi olaraq fəaliyyətə başlayıb.

Koryen Yonker qeyd edib ki, ekspertlər ATƏT üzvü olan 19 fərqli ölkəni təmsil edir: “Qiymətləndirici missiya ilk dəfə Azərbaycana fevral ayında səfər edib və burada seçki mühiti və seçki hazırlığı ilə bağlı vəziyyəti öyrənib. Bizi seçkiləri müşahidə etmək üçün Azərbaycan hökuməti dəvət edib. Bu, 1995-ci ildən Azərbaycanda izləyəcəyimiz 10-cu seçkilər olacaq.

Biz səmərli şəkildə Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik. Müşahidəçilər seçkilərə hazırlığı və prosesin milli qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacaq”.

O, seçkilərdən bir neçə gün öncə isə 280-ə yaxın qısamüddətli seçki müşahidəçinin Azərbayacana gələcəyini söyləyib: “Qısamüddətli missiya seçki günündən bir qədər əvvəl gələcək və səsvermə prosesini izləyəcək. Seçki günü proses nəzərdən keçiriləcək, bülletənlərin, səslərin hesablanması müşahidə olunacaq”.

Koryen Yonker müşahidə missiyasının seçkiləri dəyərləndirəcəyi, götürülən öhdəliklərə nə dərəcədə riayət olunub-olunmadığını qiymətləndirəcəyini vurğulayıb: “Missiya aprelin sonuna qədər kimi davam edəcək, seçkisonrası mühiti də diqqətdə saxlayacaq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər