ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin 14 aya yaxındır davam edən Rusiya istintaqı başa çatıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı komitənin rəhbəri Mayk Konavey məlumat verib.
Onun sözlərinə görə, istintaqın nəticələrində Trampın 2016-cı ildəki seçki kampaniyasının nümayəndələri ilə Rusiya arasında gizli əməkdaşlığı sübut edəcək hər hansı dəlil aşkar edilməyib:
“İstintaqın nəticələri 150 səhifədən ibarətdir və Nümayəndələr Palatasına təqdim edilib. İstintaq prosesində 73 nəfər dindirilib və 300 mindən çox sənəd araşdırılıb. Dindirilənlər arasında Trampın böyük oğlu və kürəkəni də olub. Nəticələr ictimaiyyətə açıqlanacaq”.