ABŞ Şimali Koreyaya qarşı sanksiyaların ləğv edilməsi üçün şərtini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın vitse-prezidenti Maykl Pens danışıb:
“Pxenyana qarşı sanksiyalar Şimali Koreyanın nüvə və raket proqramından imtina etməyənə qədər davam edəcək. ABŞ Prezidenti Donald Tramp aydın formada bildirdi ki, səbir strategiyası erası başa çatıb”.
Qeyd edək ki, Tramp may ayında Kim Çen İn ilə görüşməyə razılıq verib.