13 Mart 2018 13:16
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentlərarası əlaqələr hər zaman Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın əsas komponentlərindən biri olub.

Teleqraf.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Rumıniya Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobre deyib.

O bildirib ki, Rumıniya parlamenti Azərbaycan Milli Məclisi ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda uzunmüddətli və geniş dialoq aparır: “Bu isə iki ölkə arasında dostluğun və etimadın güclənməsinə böyük töhfə verir. Mütəmadi əsasda hər iki ölkə parlamenti mövcud ikitərəfli əlaqələrə siyasi dəstək verib. Biz Azərbaycanla Rumıniya arasında tərəfdaşlığın inkişafına sadiqik və bunda maraqlıyıq. Bakıda keçirəcəyim görüşlər zamanı bütün sahələrdə əlaqələri daha da inkişaf etdirmək istiqamətində müzakirələr aparacağıq. Parlament diplomatiyası bu istiqamətdə güclü və effektli alət olaraq qalır”.

Deputat bəzi ölkələrin deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfərlərinə də münasibət bildirib: “Biz bu günə kimi belə bir situasiya ilə rastlaşmamışıq. Rumıniya parlament üzvləri məsələ ilə bağlı xəbərdardır və Azərbaycanın mövqeyini bilirlər”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər