13 Mart 2018 15:52
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Baş naziri Binəli Yıldırım sabah Azərbaycana səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Nazirlər Kabineti məlumat yayıb.

Səfər çərçivəsində Yıldırım Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Martın 15-də Binəli Yıldırım VI Qlobal Bakı Forumunda iştirak edəcək.


Müəllif: Samir