14 Mart 2018 16:11
3 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi 2015-ci ildə imzalanan miqrant sazişi ilə əlaqədar Türkiyəyə veriləcək məbləğin 3 milyard avroluq hissəsinin ödənilməsi məsələsi ilə bağlı qanunu təsdiqləyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı Avropa Komissiyasının miqrasiya məsələləri üzrə müşaviri Dmitris Avramopulos Tvitter hesabında yayıb.

Onun sözlərinə görə, bu mərhələdən sonra sazişdə göstərilmiş 6 milyard avronun ikinci hissəsinin Türkiyəyə ödənilməsi üzrə işlər başlayacaq.


Müəllif: Samir

Oxşar xəbərlər