Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı” hərəkatı çərçivəsində Afrinin 70 faizini terrorçulardan təmizləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın deyib:
“Afrindən yeni Qəndil düzəltmək istəyirdilər. “Zeytun budağı” ilə onların planlarını pozduq”.
Qalın ABŞ ilə Türkiyə arasında Menbiç məsələsi ilə bağlı görüşün təxirə salınmasına da münasibət bildirib:
“Tillersonun yerinə Pompeo gəldiyi üçün fikrimizdən geri çəkilməyəcyik. Menbiçdə ABŞ və Türkiyənin təhlükəsizliyi birgə təmin edəcəyinə inanırıq. Bunun üçün Vaşinqton vədinə əməl etməlidir”.