Moskva Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalarına cavab verəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, cavab tədbirləri zamanı Rusiya amerikalı diplomatların adlarının olduğu siyahını genişləndirəcək:
“Cavab tədbirlərini görməmizdə məqsəd Amerika tərəfinin reallığı qəbul etməməsi ilə bağlıdır. Biz başqa addımlar da ata bilərik”.
Ryabkovun sözlərinə görə, Rusiya ABŞ ilə dialoq pəncərəsini tam bağlamaq niyyətində deyil:
“Amerikalı diplomatlar başa düşməlidirlər ki, odla oynamaq çox təhlükəlidir”.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin yeni sanksiyalarına 19 Rusiya vətəndaşının və 5 şirkətin adları daxil edilib.