19 Mart 2018 18:43
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani Türkmənistan və Azərbaycana səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, martın 27-sində Aşqabada, 2 gün sonra isə Bakıya gələcək.

Səfər çərçivəsində Ruhani bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Görüşlər zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Martın 29-da İran və Azərbaycan prezidentləri dəmiryolu sahəsində əməkdaşlıq razılaşması imzalayacaq.


Müəllif: Samir

Oxşar xəbərlər