20 Mart 2018 22:43
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Prezidenti Donald Trampın istefaya göndərdiyi sabiq dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb.

Xatırladaq ki, Tramp martın 13-də Reks Tillersonu vəzifədən uzaqlaşdıraraq yeni dövlət katibi vəzifəsinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hazırkı rəhbəri Mayk Pompeonu təyin edib. ABŞ prezidenti qərarına belə aydınlıq gətirmişdi: “Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər