27 Mart 2018 14:00
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi təkcə üçüncü tərəflərin səyləri ilə həll oluna bilməz.

Bu barədə İtaliyanın "İl Caffe Geopolitico" nəşrinə bu ölkənin Azərbaycandakı səfiri Auqusto Massari deyib.

"Bu məsələ ilə bağlı İtaliyanın mövqeyi hər zaman balanslaşdırılmış olub. Bunu xarici işlər naziri Anjelino Alfano Venada İtaliyanın 2018-ci il üçün ATƏT-də həmsədirlik proqramını təqdim edərkən də söyləyib. Bizim ölkənin vasitəçilik rolunda kifayət qədər təcrübəsi var. Düşünürük ki, tərəfləri birləşdirən amillər üzərində çalışmaq lazımdır. Həm Azərbaycan xalqı, həm də erməni xalqı uzun əsrlər boyu sülh içində yaşayıb, bir-birini yaxından tanıyıb",- səfir bildirib.

Diplomat bir daha vurğulayıb ki, bu münaqişə 25 ildən çoxdur davam edir və getdikcə daha da mürəkkəbləşir: "Yenidən birgə sülh şəraitində yaşamaq, əlbəttə, çətindir. Amma beynəlxalq aləmin əsas məqsədi sülhə nail olmaq üçün siyasi dialoqu dəstəkləməkdən ibarətdir. Bunun üçün biz güc və vaxt sərf etməliyik. Fikrimcə, bu münaqişəni yaddan çıxarmamalıyıq. Əks halda, bu, böyük səhv olar. Faktiki olaraq, Dağlıq Qarabağ münaqişəsini "donmuş" deyil, "uzadılmış" hesab etməliyik."/Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər