28 Mart 2018 10:15
2 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq sərhədində yerləşən Sincarda PKK-nın Türkiyəyə yönəlik təhdidləri var. Amerika PKK-nı terror təşkilatı kimi tanıyır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Müdafiə naziri, general Ceyms Mettis deyib.

Pentaqon rəhbəri günahsız türkləri qətlə yetirmiş PKK-nın Sincar bölgəsindən çəkilməli olduğunu vurğulayıb.

General Türkiyənin Afrində ab-havanı sağlamlaşdırmaqda davam etdiyini, Menbic istiqamətində hər hansı hərəkətlənmə olmadığını da qeyd edib:

“Türkiyə ilə danışıqlar davam edir. Menbic məsələsinin həllinə nail olacağımızı düşünürük. Əvvəllər də ABŞ-Türkiyə münasibətlərində ağır dövrlər olub”.


Müəllif: Cavad

Oxşar xəbərlər