Sabiq rus kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanın İngiltərədə zəhərlənməsi Qərbin parçalanması üçün Rusiyanın atdığı növbəti addımdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Ceyms Mettis deyib.
O bildirib ki, bu, Rusiyaya məxsus xüsusi davranış nümunəsidir.
Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.
Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.
Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 139-a çatıb.