28 Mart 2018 13:23
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio Yayımları Şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı debatları normal aparılır və hər hansı bir xoşagəlməz hal baş verməyib.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK qeyd edib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması da normaldır: “Təşviqat kampaniyası heç bir ölkədə ideal ola bilməz. Seçki prosesi böyük bir prosesdir və hər hansı halların olması normaldır. ”Hər şey çox yaxşıdır” demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə, namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər